Cəbhə bölgəsində əsgərlərlə görüş olub – FOTO

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qaradağ rayon filialının fəal üzvləri, ARDNŞ-a məxsus BOS Şelf MMC-nin əməkdaşları, eləcə də müəssisədə çalışan bir qrup müharibə əlillərindən ibarət nümayəndə heyəti cəbhə bölgəsində yerləşən hərbi hissədə əsgərlərlə görüşüb.

Milli.Az xəbər verir ki, şəxsi heyət qarşısında çıxış edən qonaqlar torpaqlarımızın keşiyində dayanan, düşmənə layiqli zərbə vurmağa qadir olan Azərbaycan əsgərinin işğal altında olan torpaqlarımızı tezliklə azad edəcəklərinə əmin olduqlarını bildiriblər.

Hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən təsis olunan "Vətən naminə" medalı ilə təltif edilib və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>