Yerevanda 228 etirazçı saxlanıldı

Hüquq-mühafizə orqanlarının əməkdaşları Yerevanda 228 nümayişçini saxlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu polisin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, aksiya rəhbəri, müxalif deputat Nikol Paşinyan, daha iki deputat Artur Mirzoyan və Sasun Mikayelyan da polis tərəfindən saxlanılıblar.

Xatırladaq ki, bu gün səhər Nikol Paşinyan və baş nazir Serj Sarkisyan arasında qısa sürən danışıqlar nəticəsiz yekunlaşıb.

Qeyd edək ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>