Şəkidə zəncirvarı yol qəzası olub, 6 nəfər xəsarət alıb

Bu gün saat 11:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində  "VAZ 2104" markalı 45 BG 042,  "Daewoo Nexia" markalı 99 AC 765 və daha bir "Daewoo Nexia" 99 NV 541 dövlət nömrə nişanlı minik avtomobillərinin toqquşması ilə nəticələnən zəncirvarı yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, qəzadan sonra xəsarət alan iki nəfər -  Mingəçevir şəhər sakinləri olan 1974-cü il təvəllüdlü Əhsan Əvəz oğlu Zamanov və 1985-ci il təvəllüdlü Altay Muxtar oğlu Məmmədov Mingəçevir şəhər xəstəxanasına aparılıblar.

Xəsarət alan 2001-ci il təvəllüdlü Şəki rayonu Qoxmuq kənd sakini Fərid Aruz oğlu Cavadov, 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Aqşin Həsrətəli oğlu Qurbanov, Aqşinin həyat yoldaşı 1996-cı il təvəllüdlü Elnarə Əli qızı Qurbanova və onların azyaşlı,  2016-cı il təvəllüdlü övladı Aynur isə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

MRX-dan APA-ya verilən məlumata görə, yaralılardan Elnarə Qurbanova qapalı kəllə beyn travması diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Aqşin Qurbanov, Aynur Qurbanova və Fərid Cavadovun xəsarətləri yüngül olduğundan onlara xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>