İrəvanda Sərkisyanın istefası tələbi ilə aksiya başladı

Bu gün İrəvanda Respublika meydanında Serj Sərkisyanın baş nazir seçilməsinə etirazla bağlı aksiya başlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bundan əvvəl İrəvanın Erebuni rayonunda  polis yürüş keçirən aksiyaçıların qarşısını kəsib və toqquşma baş verib.

Polis  aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib. Bununla belə, polis aksiyaçıların Respublika meydanına toplaşmasının qarşısını ala bilməyib. Hazırda Respublika meydanının ətrafına çoxlu sayda polis qüvvələri, o cümlədən xüsusi təyinatlılar cəlb edilib.  

Qeyd edək ki, bu gün S. Sərkisyan və müxalifət lideri Nikol Paşinyan arasında görüş keçirilib. Cəmi 3 dəqiqə davam edən görüşdə N. Paşinyan S. Sərkisyanın istefa verməsini tələb edib. S. Sərkisyan isə bu tələbi qəbuledilməz adlandırıb və görüşü tərk edib.

Xatırladaq ki, S. Sərkisyanın baş nazir seçilməsinə ilə bağlı etiraz aksiyaları aprelin 13-dən başlayıb.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>