Quru su tapıldı

Qlobal istiləşməyə maneə törədəcək yol axtaran elm adamlarının yeni icadı, "quru su" oldu. Bu maddə, karbon 4 oksidin sovrulmasına yeni yol açacaq.

Qlobal istiləşməni aradan qaldıracaq bir yol axtaran elm adamlarının yeni icadı, "quru su" oldu.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, su dənəciklərinin silisium qumu ilə örtülərək çıxarılan bu maddə, karbon 4 oksidin sovrulmasında çox təsirli olacaq.

Elm dünyası indi də "quru su" haqqında danışır. Zahiri pudra şəkərini xatırladan "quru su", qlobal istiləşmənin ana qaynağı karbon 4 oksidin sovrulmasında və yığılmasında yeni imkanlar yaradacaq.

95%-i sudan ibarət olan bu maddə, su dənəciklərinin silisium qumu ilə örtülməsindən əldə edilir.

Amerikanın Kimya Cəmiyyətinin Bostondakı yığıncağında tanıdılan bu su içilə bilən deyil, ancaq sənayedə istifadə edilməsilə ətraf mühitin dostu kimi istehsala gətirib çıxaracaq.

Professor Endrü Kuper və Men Karter quru suyun istifadəsilə sənayedə ortaya çıxan bir çox kimyəvi reaksiyanın da itəcəyini ifadə edir.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>