Öz ağırlığından 12.600 dəfə çox yük daşıya bilən süni əzələ

Elm adamları öz ağırlığından 12.600 dəfə artıq yükə tab gətirən dayanıqlı süni əzələ yaratdı. Karbon lif vəsaitdən ibarət olan bu əzələlər, sağlamlıq elminin gəldiyi son nöqtədir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, araşdırmaçılar, öz ağırlığından 12.600 dəfə artıq çəkiyə dözə bilən karbon lifli süni əzələ yaratdı. Super güclü süni əzələlərin bütün detallarını "Smart Materials and Structures" jurnalında nəşr edən araşdırmaçılar, yaradılan bu azxərcli süni əzələlərin robot və protez kimi mövzulara köməkçi olacağını ifadə etdi.

Yaradılan bu süni əzələlər öz ağırlığından 12.600 dəfə artıq çəkini daşımaqla qalmır, eyni zamanda 60 MPa mexaniki gərginliyə dözə bilir. 758 J/kq-a qədər iş görə bilən bu əzələlər, təbii əzələlərdən 18-qat daha çox iş görə bilir.

Daha elastik və daha güclü süni əzələlər yaratmaq üçün davamlı çalışan elmin gəldiyi son nöqtə karbon lif əzələlər oldu. Uyğun qiymətli, yüngül və güclü bir vəsait olan karbon lif bu iş üçün ən uyğun vəsaitlərdən biridir.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>