Yerevan küçələrinə tank və başqa zirehli texnikalar yeridildi – YENİLƏNİB – FOTO

11:49

Ermənistan paytaxtı Yerevanın Baqramyan prospektinə tank və başqa zirehli texnika yeridilib, digər küçələr isə tikanlı məftillərlə bağlanıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, prospektə xüsusi təyinatlı polis dəstələri, döyüş maşınları, suvuran avtomobillər yerləşdirilib.

Hadisə yerinə 50-60 avtobus polis gətirilib.  

———-

08:28

Yerevan polisi paytaxtda keçirilən etiraz aksiyasının iştirakçılarına kütləvi tədbirə son qoymağı tələb edib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "İnterfax" məlumat yayıb.

Məlumata görə, polis etirazçılara qarşı xüsusi vasitələrdən istifadə ediləcəyini bildirib. Hüquq-mühafizə orqanlarından xəbər verilib ki, Ermənistan polisi kütləvi tədbirə son qoymaq barədə qərar qəbul edib və aksiyanın təşkilatçılarından buna əməl etməyi tələb edib. Polis habelə təşkilatçılara iştirakçıları yubanmadan bu barədə məlumatlandırmağı tələb edib.

Asayiş keşikçiləri əlavə ediblər ki, qanunvericiliyə uyğun olaraq, aksiyanın təşkilatçılarının olmadığı halda və ya polisin tələblərini yerinə yetirmədiyi halda onlar kütləvi tədbiri dağıtmaq hüququna malikdirlər.

Qeyd edək ki, etirazçılar Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsində namizədliyinin irəli sürülməsinə qarşı kütləvi aksiyalar keçirirlər. Aksiyalar zamanı baş vermiş toqquşmalar nəticəsində 46 nəfər xəsarət alıb.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>