22 yaşlı qızdan sevgilisinə ağılasığmaz işgəncə – FOTO

İngiltərədə müəllimlik ixtisası üzrə təhsil alan və müəllim işləmək istəyən 22 yaşlı qızın sevgilisinə qarşı etdiyi hərəkətlər dəhşətə gətirir.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 22 yaşlı Jordan Worth 16 yaşındaykən kollecdə tanış olduğu, birlikdə yaşadığı sevgilisinə 9 aydan çox işgəncə verib.

Hətta sevgilisinin nə geyinməsinə belə özü qərar verən Jordan onu ailəsi ilə görüşməyi qadağan edib, onu dəfələrlə bıçaqlayıb, üstünə qaynar su töküb, yataqda yatmağa icazə verməyib.

Sevgilisini bıçaqlayan Jordan onu xəstəxanaya aparmadan özü evdə müalicə edib.

Bunu bilən qonşular polisə xəbər veriblər.

Jordan Worth saxlanılıb. O, ifadəsi alındıqdan sonra 7 il müddətinə azadlıqdan məhrum edilib.

Emin
Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>