Ağ Ev: Tramp hələ də Putinlə görüşmək istəyir

ABŞ prezidenti Donald Tramp hələ də Amerika qoşunlarının Suriyadan çıxarılmasını istəyir.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə jurnalistlərə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

Bununla belə, o qeyd edib ki, qoşunların Suriyadan çıxarılması müddəti hələ müəyyənləşdirilməyib.

Ağ Ev rəsmisinin sözlərinə görə, Tramp həmçinin Rusiya prezidenti Vladimir Putinlə görüşmək istəyir. Lakin belə bir görüş hələ gözlənilmir.

Qeyd edək ki, ABŞ, Fransa, Britaniya bir neçə gün əvvəl Suriyaya raket zərbəsi endiriblər. Hər üç dövlət bunu Suriya hakimiyyətinin kimyəvi silahdan istifadəsi ilə əsaslandırıb.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>