Toy karvanını avtoşouya çevirdilər – VİDEO

Daha bir toy karvanında qaydalar kobud şəkildə pozulub. Bu görüntülər dünən günorta saatlarında Bərdədə çəkilib. Milli.Az bildirir ki, rayonun Kətəlparaq kəndi ərazisindən rayon mirkizı istiqamətinə gedən toy karvanındakı avtomobillərin sürücüləri yol hərəkəti qaydalarını pozublar.

Kortejdə olan sürücülərin əksəriyyəti əks istiqamətə çıxıb və qarşıdan gələn avtomobillərin yolunu bağlayıb. Bununla da onlar digər avtomobillərin yoldan kənara çıxmasına da səbəb olublar.

Yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyir ki, burada sürücülər bir yox, bir neçə inzibati xəta törədiblər. Onlar bu hərəkətləri ilə təkcə öz həyatları üçün yox, həm də digər yol hərəkəti iştirakçıları üçün təhlükə yaradıblar

Ekspert vurğulayıb ki, toy kortejində avtomobil sürmək sürücülərə əlavə səlahiyyətlər vermir. Ona görə də, sürücülər bu məsuliyyəti dərk etməli, özlərinin və digərlərinin həyatını təhlükəyə atmamalıdırlar

Bu sürücülər pozduqları qayda pozuntusuna görə 4 bal və 100 manat məbləğində cərimə olunmalıdırlar. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Toy karvanını avtoşouya çevirdilər

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>