Balakəndə sel suları fəsadlar törətdi, istixanalar dağıldı

Balakən rayonunda Katex və Dəliçay çayları məcrasından çıxıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə açıqlamasında Balakən rayon İcra Hakimiyyəti başçısının müavini Mehbarə Nuriyeva məlumat verib.

İcra başçısının müavini bildirib ki, hər iki çayda daşqınlar dağlıq ərazilərdə yağıntının miqdarının həddindən artıq olması nəticəsində baş verib: "Aprelin 15-də dağlara güclü yağış yağıb. Nəticədə hər iki çay daşıb və ətraf kəndləri su basıb. Katex və Mahamalar kəndində həyətyanı sahələri, istixanaları su basıb. Bəzi həyətlərdə istixanalarda şitillər məhv olub. Bəzilərinin tütün sahələrini su basıb. Dərhal Fövqəladə Hallar Komissiyasının əməkdaşları hadisə yerində olub və ərazilər təmizlənib. Hazırda həyətyanı sahələrdə su yoxdur".

M.Nuriyeva bildirib ki, hadisə nəticəsində həmin kəndlərə elektrik enerjisinin verilişində yaranan problem aradan qaldırılıb, kəndlər fasiləsiz enerji ilə təmin edilib.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>