“Atama gözəl xanımlardan məktublar gəlirdi” -

ARB TV-nin "Boş Anlar" verlişinin növbəti qonağı əməkdar artist Nahidə Orucova olub.

Milli.Az bildirir ki, aktrisa ikinci dəfə ailə qurmama səbəbindən danışıb: 

"Allah rəhmət etsin, mənim atam əllərini iynələr deşə-deşə bizim üçün yorğan sırayıb. Bax belə kişilər olub. Ona görə məndən nəyə görə 2-ci dəfə ailə qurmadız soruşulanda, onu deyirəm ki, mən elə bir kişi tapmadım. Atamda olan xüsusiyyət əsl kişiyə məxsus idi. Atam da, anam da mühəndis idi.

Atam tez-tez işi ilə bağlı ezamiyyətə gedirdi. Atam gələndən sonra dalınca gözəl xanımlardan məktublar gəlirdi. Anamı qınayırdılar ki, bəs sən qısqanmırsan? Anam deyirdi ki, gəlsin də. Deməli, yaraşıqlı, baxımlı kişidir ki, məktublar gəlir. Anam elə cavab verirdi. O vaxt anamı başa düşmürdük. Ancaq indi mən anamın müdrikliyini başa düşürəm".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Atama gözəl xanımlardan məktublar gəlirdi" - Əməkdar artist

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>