Qonşu ölkəyə 30 santimetr qar yağdı,

İranın bəzi ərazilərinə güclü qar yağıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, aprelin 15-də gündüz saatlarından başlayan qar ölkənin Mazandaran, Tehran, Zəncan və Qəzvin ərazisində yağmaqda davam edir. Bəzi yerlərə hətta dolu və buz da yağıb.

Bəzi ərazilərdə qarın qalınlığı 30 santimetrə çatıb. Yolların bəziləri buzlayıb, avtomobillərin hərəkətində çətinliklər yaranıb. Bu səbəbdən də avtomobil yollarında böyük tıxaclar yaranıb. Yol polisləri sürücülərə avtomobillərin qış şinləri və əlavə hərəkət qurğularından istifadə etməyi məsləhət görüb.

Məlumata görə, güclü qarın yağması hələ də davam edir.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>