Facebook mühəndisləri istefa verir

Facebook mühəndisləri Instagram və WhatsApp departamentlərinə keçməyə başlayıb.

Milli.Az xeberler.az-a istinadən bildirir ki, Cambridge Analytica skandalından sonra işçilər digər platformalarda işləmək üçün Facebook-da müraciət edib.

The New York Times-a görə, transfer tələbləri qəbul edilməyən bəzi mühəndislər Facebook-dan istefa verməyə başlayıb.

Bu mühəndislərdən biri də keçmiş Facebook məhsulu dizayneri Westin Lohne-dir.

O, Instagram və ya WhatsApp-ə getmək yerinə birbaşa istefa edənlərdəndir.

Lohne mövzuyla əlaqədar paylaşdığı bir tweet-də belə deyib:

"Orada mənəvi, əxlaqi baxımdan bir məhsul dizaynçısı olaraq işə davam etmək çox çətin idi."

Sabah Facebook-un CEO-su Mark Zuckerberg ABŞ Konqresində skandalı ifadə verəcək.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>