Köşkdən oğurluq etmək istəyən şəxsin

Bakıda köşkdən oğurluq etmək istəyən şəxs iş başında ələ keçib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, aprelin 4-də gecə saatlarında Bakıxanov qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan köşklərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub.

Dərhal Sabunçu Rayon Mühafizə İdarəsinin xidmətdə olan əməkdaşları 1 dəqiqə ərzində hadisə yerinə çatıblar. Obyektə baxış zamanı mağazanın qapısının naməlum şəxs tərəfindən sındırıldığı və oğurluğa cəhd olunduğu müəyyən edilib. Həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşlarının çevikliyi sayəsində saxlanılıb.

Saxlanılan şəxsin üzərindən narkotik maddə, kəsici-deşici alət də aşkar olunub. Bölməyə təhvil veriləndən sonra saxlanılan şəxsin şəxsiyyəti dəqiqləşdirilib və məlum olub ki, həmin şəxs Gürcüstan vətəndaşı Yolçuyev Nicat İntiqam oğludur.

Saxlanılan şəxs barəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. N.Yolçuyevin başqa hansısa cinayətdə iştirak edib-etmədiyi araşdırmalardan sonra məlum olacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Köşkdən oğurluq etmək istəyən şəxsin GÖRÜNTÜLƏRİ YAYILDI

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>