Azərbaycanda prezident seçkilərində təşviqat başa çatır və “sükut günü” elan olunur

Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərində seçkiqabağı təşviqatın aparılması başa çatır və ölkədə "sükut günü" elan edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış, yəni 2018-ci il martın 19-u başlayır, səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Qeyd edək ki, Azərbaycanda prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərəcək. Seçkiləri 871 beynəlxalq, 57 373 yerli müşahidəçi izləyəcək.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>