Bakıda 22 yaşlı oğlan itkin düşüb -

Bakıda 22 yaşlı oğlan 9 gündür itkin düşüb.

Milli.Az bildirir ki, paytaxtın Xəzər rayonu Türkan qəsəbə sakini 22 yaşlı Balabəy Azər oğlu Balayev martın 31-də evdən iş adı ilə çıxıb və geri qayıtmayıb. Atasının sözlərinə görə, oğlu Xətai rayonu ərazisindəki yanacqdoldurma məntəqələrindən birində operator işləyirmiş. Aprelin 1-də yanacaqldorurma məntəqəsinin rəhbəri Balabəyin atasınə zəng vurub bildirib ki, oğlunun həmin məntəqəyə borcu var.

9 gündür evə gəlmədiyi üçün hər iki valideyn iddia edir ki, yanacaqdoldurma məntəqəsinin rəhbərliyi Balabəy Balayevi borca görə girov saxlayıb. Çünki atası Azər Balayev deyir ki, oğlunun evə gəlməməsi barədə hər gün yanacaqdoldurma məntəqəsinin sahibinə zəng vurur. Amma qarşı tərəf ona cavab vermir. Elə bu da ailəni belə düşünməyə vadar edir.

Anası Rəsmiyə Balayeva həmin günü işlədiyi yanacaqdoldurma məntəqəsinə borcu oluğunu bilən kimi oğlu ilə telefonda danışdığını deyir. Ağlayaraq anasına cavab verən oğlan bir dəqiqə danışmadan telefonu söndürüb.

O gündən uşaqlarını axtarmağa başlayan valideynlər bu barədə bütün qohumlarına və Daxili İşlər Nazirliyinin ''102'' xidmətinə məlumat veriblər.

Məsələ ilə bağlı Balabəy Balayevin işlədiyi yanacaqdoldurma məntəqəsinin müdir müavini Elçin Məmmədov bildirdi ki, onun 431 manat yanacağın pulundan borcu yaranıb. Amma valideynlərin girov məsələsinə qaldıqda müdir müavini bunun cəfəngiyat olduğunu deyir. Onlar Balabəy Balayevin atası gələnə qədər məntəqədən necə çıxıb getməyini əks etdirən kamera görüntülərini də təqdim etdilər. Elçin Məmmədov təhlükəsizlik kamerasına düşən həmin kadrları polisə də verdiyini deyir. Ərazi üzrə 35-ci polis bölməsindən bildirdilər ki, həmin gəncin tapılması istiqamətində işlər aparılır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda 22 yaşlı oğlan itkin düşüb - Onun girov götürüldüyü iddia edilir

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>