Məleykə Əsədova və Ramiz Məlikin məhkəməsi başladı

Bu gün Bakı Apellyasiya Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Etibar Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayətinin dəlilləri araşdırılıb.

Məhkəmənin növbəti iclası aprelin 30-na təyin edilib.

Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib. O, Nəsimi Rayon Məhkəməsinə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyib.

R.Məlikin vəkili Türkel Süleymanlı da məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırdıqlarını söyləyib. Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, hər iki iddia təmin edilməyib.

Qərardan narazı qalan hər iki tərəf apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. 

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>