Əməkdar artist 48 yaşında vəfat etdi – Rusiyada

Rusiyanın əməkdar artisti, "Müasir Pyeslər Teatrının" aktrisası Anjelika Volkçova dünyasını dəyişib.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, aktrisa ağır xəstəliyə tab gətirə bilməyib.

Əməkdar artistlə vida mərasimi sabah teatrda keçiriləcək. Qohumlarının qərarı ilə aktrisa doğma yurdu Penzada dəfn olunacaq.

Azərbaycan tamaşaçılarına "Muxtarın qayıdışı" serialından yaxşı tanış olan aktrisa, həmçinin "Londonqrad" və "Qromovlar" serialarında maraqlı obrazlar yaradıb.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>