Bakıda qeyri-adi oğurluq: günorta çağı, mühafizəçini aldadıb…

Günün günorta çağı, Vergilər Nazirliyi yaxınlığındakı "Kapital bank" bankomatını iki nəfər "laqonda" ilə yarıb, 173.000 manatı oğurlayıb. Üzlərində əleyhqaz olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu məlumatı jurnalist Jalə Mütəllibova yayıb. Səhih xəbər olduğunu xüsusi qeyd edən jurnalist oğruların mühafizəçini aldatdığını da bildirib:

"Yaxınlıqdakı mühafizəçi soruşub ki, qardaş, neynirsiniz? Adamlar soyuqqanlılıqla cavab veriblər ki, bəs, "Sanepidemstansiya"dan gəlmişik, buraları dərmanlayırıq. Mühafizəçi o qədər hazırlıqsız və sadəlövh olub ki, ən elementar sualları belə verməyib. Maskalı qardaşlar pulu götürüb gediblər, indi Yasamal polisi də, bank da oğru axtarışındadır…"

J.Mütəllibova kamera və rəsmi dövlət qurumları ilə dolu olan ərazidə, günün tən ortasında bankomatı "laqonda" ilə yaran oğruların hərəkətindən təəccübləndiyini gizlətməyib.

Milli.Az 

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>