Yeni doğulan uşaq üçün nə etmək lazımdır?

İslam şəriətində yeni doğulan körpə ilə bağlı bəzi əməllər nəzərdə tutulub ki, bunların əksəriyyəti müstəhəbdir, yəni yerinə yetirilməsi savab gətirir. Uşaq doğulduqdan sonrakı yeddi gün ərzində onun sağ qulağına azan, sol qulağına iqamə oxuyurlar, daha sonra qulağına adını deyirlər.

Milli.Az islam.az-a istinadən bildirir ki, körpənin yeddinci günündə saçını qırxdırıb, onun ağırlığında qızıl ya gümüş (və ya onun qiyməti qədər pul) sədəqə vermək müstəhəbdir. Uşağın adına qoyun qurbanı kəsmək də savabdır. Buna "əqiqə" deyiblər. Əqiqənin ətinin bir hissəsi doğuşu qəbul edən qadın həkimə, bir hissəsi kasıblara verilir, bir hissəsini də ev adamları bişirirlər. Müqəddəslərimiz bu qaydalara əməl ediblər. Oğlan uşağını doğulandan bir həftə sonradan etibarən sünnət etmək də müstəhəb sayılır.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>