Binəli Yıldırım: “Azərbaycan və Türkiyə birlikdə qlobal əhəmiyyətli layihələr həyata keçirirlər”


Azərbaycan və Türkiyə birlikdə qlobal əhəmiyyətli layihələr həyata keçirirlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycanın Baş naziri Artur Rasi-zadə ilə görüşündə deyib.

Görüşdə A.Rasi-zadə qardaş Türkiyənin Baş nazirinin ölkəmizə səfərindən və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VI Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirib. Azərbaycan xalqının Türkiyədə baş verən prosesləri yaxından izlədiyini vurğulayan A.Rasi-zadə qardaş və dost ölkələrimizin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Baş nazir Azərbaycanın və Türkiyənin hər zaman bir-birinin yanında olduqlarını deyib.

Azərbaycanın və Türkiyənin bir millət, iki dövlət olduqlarını bildirən B.Yıldırım qardaş ölkələrimizin gündən-günə inkişaf etdiklərini məmnunluqla vurğulayıb. O, Azərbaycanın və Türkiyənin birlikdə qlobal əhəmiyyətli layihələr həyata keçirdiklərini qeyd edib. Baş nazir Azərbaycan, Türkiyə və Gürcüstanın birgə reallaşdırdıqları irimiqyaslı layihələrin bölgədə əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini deyib.

Türkiyəli qonaq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin istifadəyə verilməsinin tarixi İpək Yolunun bərpasında mühüm əhəmiyyət daşımaqla yanaşı, beynəlxalq yükdaşımaların da inkişafında önəmli rol oynayacağını diqqətə çatdırıb. O, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafında qarşılıqlı sərmayələrin önəmini xüsusi qeyd edib.

Türkiyənin Baş naziri XII əsrdə yaşamış görkəmli Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan Beynəlxalq Mərkəz tərəfindən Forumun təşkil olunmasından və bu mötəbər tədbirdə iştirakından məmnunluğunu bildirib.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>