London Rusiya diplomatlarını qovmağa

17:02

Böyük Britaniya hökuməti martın 4-də ölkə ərazisində – Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücumla bağlı Rusiyaya qarşı cavab addımlarını açıqlayıb. 

Milli.Az-ın APA-ya istinadən xəbərinə görə, baş nazir Tereza Mey parlamentdə çıxışında bu tədbirləri elan edib. O, Rusiyanın Britaniyadakı 23 diplomatını ölkədən çıxarmaq barədə qərər qəbul etdiklərini bildirib. O deyib ki, bu diplomatlar Rusiya kəşfiyyatının əməkdaşlarıdır və onlara ölkəni tərk etmək üçün 1 həftə vaxt verilir.

———-
16:11

Britaniya ölkədə fəaliyyət göstərən Rusiya diplomatlarını "arzuolunmaz şəxslər" elan edərək qovmağa hazırlaşır.

Milli.Az bildirir ki, bu barədə  Sky News telekanalı Twitter  profilində xəbər verib. Telekanalın mənbələrinin dediklərinə görə, Britaniyanın baş naziri Tereza Mey bununla bağlı ən yaxın saatlarda açıqlama verəcək.

Londonun sərt addımının səbəbi Britaniyanın Solsberi şəhərində Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı, polkovnik Sergey Skripalla qızı Yuliyaya qarşı "Noviçok" adlı kimyəvi zəhərləyici maddədən istifadə etməklə sui-qəsddir.

Britaniya bu cinayətdə Rusiyanı ittiham edir.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>