Azərbaycan və Belarus lift və generatorların birgə istehsalına başlaya bilər

Azərbaycan və Belarus lift və generatorların birgə istehsalı imkanını müzakirə edirlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov "Belarus seqodnya" portalında dərc olunan məqaləsində bildirib.

Səfir qeyd edib ki, birgə zavodun Azərbaycanda tikiləcəyi nəzərdə tutulur.

Maşınqayırma sahəsində əməkdaşlığa nümunə kimi L.Qəndilov Minsk Traktor və Avtomobil zavodlarının traktor və digər məhsullarının yığımının həyata keçirildiyi Azərbaycan və Belarus birgə müəssisəsi – Gəncə Avtomobil Zavodunu göstərib:

"Bu zavodun məhsullarının üçüncü ölkələrin, həmçinin Gürcüstan və Yaxın Şərq ölkələrinin bazarlarına çıxarılması məsələsinə baxılır. Hazırda Türkiyədə Gəncə Avtomobil Zavodunun filialı tikilir".

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>