Putinlə Ərdoğanın növbəti görüşünün vaxtı açıqlandı

Rusiya ilə regional məsələlərin həllində işbirliyimizi dərinləşdirmək üçün qarşılıqlı iradə mövcuddur".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşdə deyib. O, iki ölkənin dövlət başçılarının dövlətlərarası münasibətlərin və regional problemlərin həllində ortaq iradə göstərdiklərini söyləyib. M. Çavuşoğlu aprelin 3-də Ankarada dövlət başçılarının iştirakı ilə Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçiriləcəyini açıqlayıb: "Bugünki görüş də məhz bu toplantının keçirilməsinə hazırlıq məqsədi daşıyır".  

Nazir iki ölkə arasında bütün sahələrdəki münasibətlərin inkişafını müzakirə edəcəklərini söyləyib: "Təbii ki, ikitərəfli münasibətlərdən başqa, regional problemlərin həlli yollarını da müzakirə edəcəyik. Regional məsələlərin həllində işbirliyimizi dərinləşdirmək üçün qarşılıqlı iradə var. Sizin də qeyd etdiyiniz kimi, bölgəmizdə təkcə Suriya problemi mövcud deyil. Digər problemlər də mövcuddur. Bu problemlər barəsində fikir mübadiləsi aparacağıq". 

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>