“Face İD” funksiyalı bir neçə məhsul olacaq

2018-ci ildə "Apple" tərtibatçıları eyni anda üztanıma sistemi olan "Face İD" tətbiqli bir neçə yeni məhsul buraxmağa hazırlaşır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə maliyyə hesabatlarına istinadən "Loup Ventures" şirkətinin əməkdaşları bildiriblər.

"Loup Ventures" şirkətinin əlinə keçmiş sənədlərə əsasən, daha tələbatlı VCSEL sensorlarının tədarükçüsü olan "Finisar" korporasiyası son zamanlar aktiv olaraq komplekt istehsalı həcmlərini artırmaqla məşğuldur. Bildirilir ki, VCSEL sensorları "Face İD" interfeysi üçün əsas komponentdir. İstehsalçı şirkət bu ilin ikinci yarım illiyində tədarükün həcmlərini ciddi şəkildə artırmağı planlaşdırır. Bu isə onu sübut edir ki, "Apple" şirkətinin rəhbərliyi bu il eyni anda bir neçə "Face İD" texnologiyalı məhsul istehsal etmək niyyətindədir.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>