Google çox yüksək internet sürəti söz verir

ABŞ-ın "Google" korporasiyası AMP texnologiyasının köməyi ilə internet səhifələrinin yüklənmə sürətini xeyli artırmağı planlaşdırır.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, 2016-cı ildə təqdim edilmiş AMP texnologiyası, hələ ki, yalnız "Twitter", "Google", "Baidu" və "Bing" üçün əlçatandır. Yeniləmə prosesi uğurlu olduğu və saytların əksəriyyəti dəyişikliyi qəbul etdiyi halda onlar axtarış sistemində ani olaraq AMP səhifələri kimi emal ediləcək.
 
"Google" gələcəkdə bu texnologiyanı "Ümumdünya Hörümçək Toru"nun standartına çevirmək istəyir.
 
"Accelerated Mobile Pages" (AMP) – mobil qurğularda saytların yüklənməsini sürətləndirən bir texnologiyadır.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>