ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yeni qadın rəhbəri kimdir? – FOTO

ABŞ tarixində MKİ-nin ilk qadın direktoru olan Cina Hespel kimdir?

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, sirli qadın olduğu deyilən və 1985-ci ildə MKİ-yə qatılan Cina Hespel idarənin vitse-prezidenti vəzifəsinə Trampın yeni komandasının formalaşdırılması prosesi çərçivəsində – 2017-ci ilin fevral ayında təyin edilib.

62 yaşlı Hespel MKİ-nin vitse-prezidenti təyin edilmədən əvvəl qurumun Tailanddakı həbsxanasına rəhbərlik edib. Onun adı həmçinin 2002-ci ildə Tailandda "Əl-Qaidə" terrorçularına qarşı su (waterboarding) işgəncəsinin tətbiq edildiyi təsisi idarə etməsi ilə xatırlanır.

Hespel terrorla mübarizə sahəsində bir çox mükafatlara sahibdir. Kəşfiyyat məlumatlarının toplanması, məlumatların analizi, gizli əməliyyatlar, əks-kəşfiyyat və xarici xidmətlərlə bağlı əməliyyatlarda əvəzolunmaz bir agent olduğu iddia edilirdi.

Onun İran, Tunis, Misir və bir çox Yaxın Şərq ölkəsində baş verən iğtişaşların arxasında olduğu bildirilir.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>