Bu, günahdır…

Sevmək, simpatiya bəsləmək – qəlblə bağlı olan bir məsələdir. Zahirən, ixtiyarsız ola bilir. Amma mömin bunu iradəsinə tabe etdirməlidir. Çünki, bu simpatiya insanı harama tərəf çəkər. İnsan çalışar ki, onunla rabitə qursun və söhbət etsin. Ona baxmaqdan ləzzət alsın. Bu, günahdır.

Bu barədə bəzi tövsiyələrə diqqət edək:

1. Əgər kiminsə bir başqasını sevməsi evlənmək niyyətilə olarsa, gərək dərhal evliliyin zəminələrini hazır etsin. Münasib yolla elçiliyə gəlsin və bu məsələni dini və ürfi qaydada həll etməyə çalışsın. Milli.Az deyerler.org-a istinadən bildirir ki, ancaq əgər evlənmək niyyəti yoxdursa, bu sevgi onu Allahdan qafil edəcəkdir, zehni, fikiri giriftarlıqlar yaradacaqdır. Gərək təcili öz hisslərini nəzarətə alsın. Qiyamətin dəhşətini göz önünə gətirib, aqibətini məhv olmaqdan xilas etsin.

2. Kimisə nəticəsiz sevmək – get-gedə insanı o kəsə bağlayar və insan ifrat şəklində həmin kəsdən asılı olar. Bu hal da ciddi ruhi sarsıntıya, depressiyaya gətirib çıxardar ki, insana mənfi nəticələr gətirər. Ruhi xəstəliklər isə insanın izzət və şəxsiyyətini məhv edər.

3. Naməhrəmə evlənmək hədəfi olmadan simpatiya bəsləmək insanı şeytanın tələsinə salacaq və onu şeytani xəyallara aparacaq. İnsan iradəsiz və süst bir durumda olaraq, mənliyini itirmək təhlükəsi ilə üz-üzə qalacaq.

4. Hər bir şeyin səbəbi vardır və bu simpatiya da boş yerə yaranmamışdır. Onun səbəbini tapmağa çalışın. Bəlkə bu, səhlənkarlığın nəticəsidir? Bəlkə iman zəifliyidir? Bəlkə xəyalları nəzarətdən buraxmaq vərdişidir? Bəlkə insan yaxınlarına, əzizlərinə laqeyddir? Bəlkə insan gözlərinin önündə olan pərdələri görmür, onların mənfi təsirlərini dərk etmir.

Bu səbəbləri tapıb onları aradan qaldırmağa çalışmaq lazımdır. Sevgi, simpatiya – çox ülvi, insanı zənginləşdirən, onu yüksəkliklərə qaldıran amildir. Amma bu qiymətli hiss, Allah bəyəndiyi ünvanda bəslənməlidir və əks təqdirdə – insanı həlakətə aparar.

Allah Təala cəmi mömin və möminələri Özünün bəyəndiyi hisslərə sahib olmağı nəsib etsin!

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>