Bir kəndə ildırım kimi düşən faciə: “Ata-anasını öpmədən evdən çıxmazdı”

Müşfiq ailənin tək oğul övladı olub. Üç bacının tək qardaşı, ata-anasının ümidi idi. Atası bu yaxınlarda evləndirəcəkdi. Bütün arzuları ürəklərdə qoyub getdi.

Söhbət dünən Şabranda baş vermiş intihar hadisəsindən gedir. Gəndob kənd sakini, 1993-cü il təvəllüdlü İbrahimov Müşfiq Mənsur oğlu elə atasının gözü qarşısında özünü güllələyərək öldürüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Gəndoba çatanda Müşfiq artıq dəfn olunmuşdu. Onun ölümü sevənlərini yasa boğmuşdu. Qonşular da hadisənin şokundan çıxa bilməmişdilər.

Bizi kəndin icra nümayəndəsi Cavanşir müəllim qarşıladı. Müşfiqin atasının və anasının gecə səhərə qədər yatmayıb ağladıqlarını, ruhi sarsıntı vəziyyətində olduqlarını deyərək, onların bu hadisə ilə bağlı danışmaq iqtidarında olmadıqlarını və jurnalistlərlə görüşmək istəmədiklərini dedi. Anlayışla qarşıladıq. Ailənin faciəsini başa düşür, övlad itirməyin acısını dərk edir, hörmətlə yanaşırıq.

Cavanşir müəllim deyir, Müşfiq elə-belə oğul deyildi: "Çox tərbiyəli, gənclərə nümunə idi. Ata-anasını öpmədən evdən çıxmazdı. Mehriban idi. Ali təhsil almasa da, yüz ali təhsilliyə dəyərdi. Ağıllı uşaq idi. Pul desəm? Müşfiqin işləməyə belə ehtiyacı yox idi. Mənsur kişinin bütün malı-mülkü Müşfiqin idi".

Müşfiqdən danışdıqca Cavanşir müəllimin gözləri yaşarır.

"Bəs bu gənci canına qəsd etdirən səbəbi nədir?" sual qarşısında Cavanşir müəllim də aciz qalır. Əllərini göyə açıb çiyinlərini çəkir:

- Allah bilir… Müşfiqin nəyi çatışmırdı ki? Hər şeyi vardı.

- Sevdiyi qız vardı?

- Bilmirəm, qızım, bilmirəm.

İlkin məlumata görə, Müşfiq intiharını əvvəlcədən planlaşdırıb. Doğum gününü qeyd edəndən sonra evdəki ov tüfəngini başına dirəyən Müşfiqi atasının yalvarışları da fikrindən döndərə bilməyib. Yaşlı adam gözünün ağı-qarası tək oğlunu dilə tutsa da, Müşfiq atasının gözü önündəcə özünə atəş açıb. Yerindəcə keçinən gənc ölməmişdən əvvəl atasında halallıq da istəyib.

Ata-anasını sevən, kənd camaatının diliylə desək, sakit, tərbiyəli, böyük sözü eşidən bu gənci özünü öldürməyinə vadar edən səbəb nə olub?

Bunu zaman və istintaq aydınlaşdıracaq. Bizə isə bu məsum gəncin ruhuna dua etmək qalır. Allah rəhmət eləsin…

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>