Azərbaycan neftinin bir bareli 66 dollara satılır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 12-də 66,05 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,56 dollar/barel azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 12-də 65,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,57 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 12-də 60,82 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,65 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 12-də 64,43 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,89 dollar/barel azdır.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>