Putin Dağıstanda müşavirə keçirdi

Rusiya prezidenti Vladimir Putin Dağıstanda regionun sosial iqtisadi inkişafı ilə bağlı iclas keçirərək, respublikanın icma nümayəndələri ilə görüşüb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.

"Əlbəttə ki, korrupsiya ölkənin inkişafını ciddi şəkildə ləngidən faktorlardandır. Biz bunu bilirik. Bu təkcə Dağıstanın bəlası deyil. Bütün ölkə bunu bilir. Bu hallarla Rusiyanın şərq, qərb, şimal və cənub bölgələri də qarşılaşır. Bəli, ölkədə belə bir problem var", – deyə Putin iclasda bildirib.

Qeyd edək ki, Putin Mahaçqalaya, Dağıstanda dövlət məmurlarına qarşı korrupsiya ilə bağlı genişmiqyaslı istintaq fonunda, səfər edib. 2018-ci ilin fevral ayında respublikanın bir sıra dövlət rəsmiləri həbs olunub.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>