Əli Abdullah Saleh kimdir?

39 il öncə Yəmənin Şimali ordusunun məsullarından olan Əli Abdullah Saleh, ölkənin başçısı olaraq təyin olur. O 12 il bu vəzifədə qalır.
Həftənin birinci günü KİV, Yəmənin eks prezidenti Əli Abdullah Salehin ölüm xəbərini təsdiqləyiblər. Bu yazıda Onun siyasi həyatına nəzər salırıq.
39 il öncə Yəmənin Şimali ordusunun məsullarından olan Əli Abdullah Saleh, ölkənin başçısı olaraq təyin olur. O 12 il bu vəzifədə qalır. Berlik divarının dağılması və sosializm cəbhəsinin qısa zaman ərzidə çöküşü solçu Cənubi Yəməni də zəiflətdi və Saleh bir daha prezidentliyə layiq görüldü.

Milli.Az iuvmpress.com-a istinadən bildirir ki, şərqşünas Qraham Banerman bu barədə bildirir: "Salehin iqtidara gəldiyi zaman O, 18 ay ərzində ölkənin üçüncü prezidenti idi. İşin ilk günlərində yəmənlilər, prezidentlərinin 1 ildən artıq olaraq postunda qalmasına sevinirdilər. Lakin 30 ildən sonra Saleh hakimiyyəti korrupsiya, kasıbçılıq və fəsadla doldu."
28 il öncə, İraq ordusunun Küveytə hücumu ərəfəsində Saleh, Səddam Hüseynin ən yaxın müttəfiqlərindən hesab olunurdu. İraq ordusunun ABŞ-ın rəhbərliyi altında olan beynəlxalq koalisiyaya məğlub olduqdan sonra Yəmən, 10 il ərzində qırağa çəkildi.

Lakin 1379 (şəmsi) ilinin payız ayında Ədən boğazında "Kul" gəmisinə olunan hücum və 17 ABŞ qüvvəsinin ölümü, növbəti ildə isə Nyu-Yorkda yerləşən ticarət mərkəzinə olunan terror hücumu Vaşinqtonun terrorla mübarzə barədə xarici siyasətinin ciddiləşməsinə səbəb oldu.
"Corc Taun" universitetindən Cerald Post bu barədə bildirib: "O özünü, terrorun Qərb və Amerikaya keçməsinin qarşısını alan kimi göstərə bildi. Buna baxmayaraq Vaşinqton Misir inqilabını dəstəklədi, Yəməndə etirazların başlamasından sonra isə ABŞ xarici işlər naziri Saleh hakimiyyətinin davamının zəruriliyini bildirdi. Lakin etirazların artmasıyla Vaşinqton da Onun getməsinə raz oldu."

Tunis və Misirdən sonra islami oyanış hadisələri Yəmənə də təsir qoydu. Bu hadisələr Salehin iqtidardan getməsinə, Onun müavini Mənsur Hadinin isə hakimiyyətə gəlməsinə səbəb oldu.
Mənsur Hadi də uzun müddət dözə bilmədi və xalqın etirazları nəticəsində ilk olaraq cənubda yerləşən Ədən boğazına, daha sonra isə Səudiyyə Ərəbistanına köçdü.
Son 3 ildə Səud rejiminin başçılığı ilə yaranan koalisiya Yəmən əleyhinə müharibə elan etdi. Son günlərədək Əli Abdullah Salehin tərəfdarları "Ənsarullah"-ın tərəfində idilər.

Lakin ptən həftə Saleh, Yəməndə sülhün yaranması üçün yeni təklif irəli sürdü. O dedi: "Koalisiya qüvvələri və qonşu ölkələri ilə yeni və müsbət əlaqələrə başlayacağıq. Çünki Yəmənin başına gələnlər artıq dayanmalıdır. Yəmənin qardaşları və qonşularına söz verirəm ki, atəşkəsin elan olunmasından və ölkəmizin mühasirəsinin bitməsindən sonra müzakirələrə start verəcəyik." Həmçinin Onun tərəfdarları "Ənsarullah" qüvvələri ilə müharibəyə başladılar və onlardan bəzisi "Ənsarullah" liderini terror etmək niyyətində idilər.
Həftənin birinci günü 75 yaşlı Saleh Sənada öldürüldü. Hadisə nəticəsində Bəyza qəbilələrinin rəhbərlərindən biri də öldürülüb, Salehin oğlu isə əsir düşüb.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>