Səhlə məscidində İmam Məhdi ilə görüş

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Mərhum Mirzə Qumi öz xatirələrində yazır: "Əllamə Seyyid Məhdi Bəhrul-ulum ilə birlikdə Baqir Behbaninin dərslərinə gedirdik. Bir qədər təhsil aldıqdan sonra mən ölkəyə qayıtdım. Bir müddət sonra Bəhrul-ulum alimlər arasında mənəvi əzəmətə malik olan bir insan kimi məşhur oldu.

Mən çox təəccüb etdim və öz-özümdə dedim ki, axı onda belə bir istedadlar yox idi. Nəcəfi-Əşrəfə gəldim və Bəhrul-ulumla görüşdüm. Elmi məclisdə onun çıxışlarını eşitdim və elm dənizindən xəbərdar oldum.

Bir gün xəlvətdən ondan soruşdum: "Ağacan! Biz ki, bir yerdə idik və o zaman sizin bu cür istedadlarınız yox idi. Bəlkə dərslərdə məndən istifadə edərdiniz. Ancaq indi görürəm ki, elmdə yüksək səviyyəyə çatmısınız. Səbəbi nədir?".

Buyurdu: "Mirzə Əbul-Qasim! Sənin sualının cavabı sirdir. Ancaq sənə deyəcəyəm. Lakin bir xahişim vardır ki, hələ ki, sağam onu heç kəsə deməyəsən".

O, danışmağa başladı: "Bir gecə Səhlə məscidinə getmişdim. Gördüm ki, İmam Zaman ağa (ə.f) ibadətlə məşğuldur. Dayanıb, salam verdim. Mənim salamıma cavab verdi və buyurdu: "Məhdi, gəl!".

Mən ədəbə riayət edib bir qədər qabağa gəldim. Buyurdu: "Qabağa gəl".

Mən Həzrətin (ə.f) yanına getdim.

O, mehr ağuşunu açdı və məni qucaqladı. Sonra mübarək sinəsinə sıxdı. Bu zaman Allah nə istədisə, mənim qəlbimə və sinəmə daxil oldu".

Allahım, cəmi arzusunda olanlara Həzrət Məhdi (ə.f) ilə görüş nəsib et!

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>