“Türk serialları “mavilərin” doğulmasına yol açır” -

Daşkəndin "Mirzə Yusuf" məscidinin imamı Rəhmətulla Sayfuddinovun martın 2-də cümə xütbəsində səsləndirdiyi fikirlər ölkədə geniş rezonans doğurub.
imam kişilərin ginekoloq olmasına qarşı çıxıb, Türkiyə seriallarının Özbəkistan xalqının milli dəyərlərinə xələl gətirdiyini bildirib.

Xütbə zamanı imam bildirib ki, "cinsi əlaqə zamanı ərləri barədə deyil, türk seriallarının qəşəng aktyorları barədə düşünən qadınlardan homoseksual uşaqlar doğulur"

Milli.Az iuvmpress.com-a istinadən bildirir ki, imamın bu qalmaqallı bəyanatı, ölkə mətbuatında Türkiyə seriallarına qarşı amansız kampaniyanın getdiyi bir vaxta təsadüf edib.

Ötən ay "ZOR TV" özəl telekanalı təzyiqlər altında məşhur "Kara Sevda" türk serialının yayımı dayandırmalı olub.

Özbəkistanın mətbuat və informasiya agentliyi nəzdində fəaliyyət göstərən KİV-in monitorinq mərkəzi belə bir nəticəyə gəlib ki, bu serial milli mentalitet və ənənələrə, həmçinin özbəklərin ailə dəyərlərinə ziddir.

Cümə xütbəsində Rəhmətulla Sayfuddinov bildirib ki, Türkiyə serialları təkcə milli mentalitetə xələl gətirmir, eyni zamanda hələ törənməmiş uşaqların cinsi orientasiyasını pozur.

İmamın köməkçisinin sözlərinə görə, dinin tələblərindən və tarixinən yaxşı başı çıxan insan, imamın dedikləri anlayacaq.

Martın 6-da "Dombirobod" məscidinin imamı Şərmurad Toqay həmkarının sözlərinə qüvvət verərək,  cinsi əlaqə zamanı kişi və ya qadının başqa şeytanı fikirlərə dalmamalı olduğunu bildirmiş, bu barədə müvafiq hədisin olduğunu diqqətə çatdırmışdı.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>