Putinin daha bir rəqibi öldü -

Rusiya prezidenti Vladimir Putinə müxalif mövqedə olan siyasi xadim Nikolay Qluşkovun Londonda yaşadığı evdə meyiti aşkar edilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Qluşkov Putinə müxalif möveqdə olan, oliqarx Boris Berzovskinin silahdaşlarından biri idi. 68 yaşlı siyasətçinin meyiti ailə tərəfindən mənzilində aşkar edilib.

Nikolay Qluşkov "Aeroflot"un keçmiş baş direktoru vəzifəsində çalışıb. O, Berzovski ilə qanunsuz maliyyə sövdələşməsində ittiham olunaraq həbs edilib. Azadlığa çıxandan sonra İngiltərəyə köçüb. N.Qluşkov Berzovskinin işgəncə ilə öldürüldüyünü iddia edib və buna görə Rusiya hakimiyyətini günahlandırıb.

Qeyd edək ki, bir müddət öncə İngiltərədə sabiq rus kəşfiyyatçısı Sergey Skripal və qızı Yuliya zəhərlənərək dünyasını dəyişiblər. Rəsmi London onların ölümünə görə Rusiyanı ittiham edib.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>