Sumqayıtda yeni dəniz limani tikilir – VİDEO

Sumqayıt şəhərində sosial infrastruktur layihələri uğurla icra olunur. Şəhərin dənizkənarı bulvar ərazisində gəmi limanının tikintisi artıq yekunlaşıb. Yaxın vaxtlarda limana səyahət üçün yeni gəmi gətiriləcək.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Sumqayıt sakinləri gəmi ilə dəniz səyahətinə çıxa biləcəklər. Bunun üçün Dənizkənarı bulvar ərazisində yeni estakada qurulub.

Bu bulvarın digər parklardan fərqli olaraq çimərliyə birbaşa çıxışı var. Sahəsi 12 hektar olan çimərlik zonasında istirahət üçün hər cür şərait yaradılıb.

Dəniz limanının dalğalardan qorunması üçün sahilbərkitmə işləri göürülüb. Limanın əsas hissəsi 700 diametrli borulardan ibarətdir. Ərazidə istinad divarları çəkilib.

Yeni dəniz limanının tikilməsi sakinlərin də ürəyincə olub. Dəniz limanının tezliklə istifadəyə verilməsi nəzərdə tutulub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sumqayıtda yeni dəniz limani tikilir

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>