İsveçrə və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq müzakirə edilib

Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri və İsveçrə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Filippo Lombardi ilə görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş zamanı tərəflər İsveçrə və Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən parlament səviyyəsində əməkdaşlığın hazırkı durumu və gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar. Ölkələrimiz arasında əlaqələrin inkişafında parlament diplomatiyasının mühüm rol oynadığı diqqətə çəkilib.

Nazir ölkələrimiz arasında fəal siyasi dialoqun mövcudluğunu təqdir edərək, həmsöhbəti iki ölkə arasındakı siyasi təmaslar və həyata keçirilən iqtisadi layihələr barədə məlumatlandırıb. Bu xüsusda, nazir 70-dən artıq İsveçrə şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini qeyd edərək, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın daha da artırılması üçün geniş potensialın mövcudluğunu ifadə edib.

F.Lombardi Azərbaycan Dövlət Neft Şirkətinin İsveçrədəki fəaliyyətini yüksək qiymətləndirib və hər iki ölkənin iş adamları arasında birbaşa əlaqələrin təşfiq edilməsinin əhəmiyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>