Baş katib: “TRACECA ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupu ilə əməkdaşlığa hazırdır”

"TRACECA ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupuna qarşılıqlı səmərəli əməkdaşlıq təklif edir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən TRACECA-nın hökumətlərarası komissiyanın baş katibi Mirça Çiopraqa deyib.

O qeyd edib ki, İpək Yoluna Dəstək Qrupu nəqliyyat dəhlizləri üçün imkanların inkişafına, ticarətin və tranzit prosedurların sadələşdirilməsinə töhfə verəcək, eləcə də insanların, malların və investisiyaların azad və təhlükəsiz hərəkətini təmin edəcək.

"Bütün tərəflər üçün tərəfdaşlığın əsası birgə fəaliyyətdən qarşılıqlı səmərə əldə etməkdir və beynəlxalq layihələrdə aktiv şəkildə iştirak etmək bu baxımdan çox vacibdir. Bu sahədə TRACECA İpək Yoluna Dəstək Qrupuna sıx əməkdaşlıq təklif edir".

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>