O, yenə bordel qurdu… mitinqdən sonra – FOTO

Milli.Az virtualaz-ın Türkel Kərimli ilə bağlı yazısını təqdim edir:

Qapının kandarında donub qalaraq, o, hardasa bir dəqiqəyə yaxın ehtiyatla və pis gizlədilən qorxu hissi ilə dinməzcə bizə baxırdı. Düşündüm ki, yəqin kompüterlərinə tərəf əyilmiş və bir-birləri ilə söhbətləşən, ona qətiyyən fikir verməyən redaksiya əməkdaşlarına baxaraq, çaşıb və kimə müraciət edəcəyini bilmir.

- Keçin, – boş stulu özümə yaxın çəkib onu dəvət etdim və dostcasına əlavə etdim ki, burada onu dişləmək istəyən yoxdur.

- Nə bilmək olar! – o, gözlənilməz tərzdə ucadan və tamamilə ciddi şəkildə dedi.

Məni və eyni zamanda, həmin anda öz məqalələrinə başları qarışmış bütün həmkarlarımı sanki elektrik cərəyanı vurdu.

- Dünən sizin "Meydan TV"dəki həmkarlarınıza müraciət etdim, orada məni təxribatçı adlandırdılar. Yaxamdan tutub atdılar bayıra! Hərfi mənada yox, təbii ki, Azərbaycan dilində olan bütün biədəb sözlərdən istifadə etməklə. Düzdür, həmin söyüşləri artıq oradan uzaqlaşarkən eşidirdim…

Və həmin vaxt zalda kim var idisə, hamı bizə tərəf çevrildi. Üzümüzdə yalnız bir şey oxunurdu: "Bu ola bilməz! Özlərinə və nəşrlərinə hörmət edən jurnalistlər buna yol verə bilməzdilər… Belə şey ola bilməz!"…

- Bax belə də oldu! – yerindən cəld qalxaraq, əsəbi şəkildə dedi.

Ondan yenidən əyləşməsini xahiş edəndən sonra özünü təqdim etməsini istədik və rica etdik ki, danışsın, axı müxalifət mətbuatından olan həmkarlarımızı nə məcbur edib ki, onu "təxribatçı" adlandırsınlar və qovsunlar.

- Mənim adım Qəniyev Seyfəddin Hacı oğludur. Dənizçiyəm. İndi təqaüdçüyəm. Qara qızıl hasil edənlərin ayrı-ayrı dəniz özüllərinə xidmət edən neft donanmasının kabotaj gəmilərinin keçmiş kapitanıyam… 20 yanvar gecəsində şəhəri bombalamaq istəyən hərbi gəmilərin gəmim qarışıq mühasirəyə aldığı adamam… O vaxt bu Xalq Cəbhəsinə elə inanırdıq ki, – dişlərini qıcıdaraq danışır. – Onlar silahsız insanları avtomatların, tankların və gəmi silahlarının önünə çıxarmışdılar…

yanvar qırğınından sonra

O vaxt neft donanmasının dənizçilərinin nələr yaşadıqlarını yenidən danışmaq istəmirəm. Heç onu da təkrarlamayacağam ki, onun "Amburan" adlı kiçik ölçülü gəmisi o vaxt bizə doğma olan sovet gəmilərinin göyərtələrindən atəşə tutumuşdu. Bütün bunları oxucularımız yaxşı bilirlər. Onu da bilirlər ki, Xalq Cəbhəsinin hay-küylü, indi artlq hamıya yaxşı məlum olan o vaxtkı rəhbərcikləri küçələrə çıxardıqları insanları necə satdılar…

- Mən isə onların KİV-ciklərinə gəldim, – dənizçi qəzəbdən xali olmayan səsi ilə deyir. – Mitinq barədə fikirlərimlə bölüşmək üçün… İki gün əvvəl Yasamalda keçirilən mitinq barədə. Başqalarını bilmirəm, mən oraya marağımdan gəlmişdim. Sadəlövhcəsinə inanırdım ki, bu qədər vaxt keçəndən sonra, yeni liderlərlə "cəbhəçilər" heç kimə aydın olmayan hansısa Milli Şura ilə birlikdə bizi şərbət sahilləri ilə süd gölünə dəvət edən mayaklarını müəyyənləşdiriblər. Mən onlar barədə eşitmək istərdim… Lap təsəvvürümdə olsa belə, sadəcə görmək…

- Necə oldu, alındı? – birdən birə susmuş və öz aləminə getmiş həmsöhbətimdən soruşdum.

- Bəs necə! – o hayqırdı. – Mayaklar özlərindən başqa bir şey deyil. Açıq-aşkar sezilən hakimiyyətə çatmaq kimi canavar ehtirası. Bax, onda onlar həm belə edəcəklər, həm də elə… Bizə isə onlara kömək etmək qalır. Əsasən də, Əli Kərimli adlı mayakcığa ki, iddialı və özünə vurğun şəkildə tribunaya sıxlılıb qalmış bir ovuc duru kütləyə baxaraq, bizi yoxsulluq və hüquqsuzluq girdabında qoymuş hakimiyyəti qarğıyırdı… Guya ki, uşaqlar, nə durmusunuz, baltalarınızı əlinizə alın, bu hakimiyyətə etimadsızlıq votumu göstərək… Mənə baxın! Mən hazır prezidentəm! Mən sizə ən lazım olan iqtidaram! Və mən sizinəm!.. Biz sözlə, həmin o faciəvi 20 yanvara qədər olan vəziyyətin tam eynisi.. Heç nə dəyişməyib! Onları heç nə dəyişməyib!.. Tüpürdüm və çıxıb getdim.

- Bəs buna onların, siz demişkən, KİV-ciklərinin nə aidiyyəti? – çaşqınlıqla soruşuram.

- Necə yəni nə aidiyyəti? Elə həmin gün onların internet qəzetlərində oxudum ki, guya Yasamalda müxalifətçilərin çoxminlik mitinqi keçirilib vəı insanlar orada yüksək səslə hakimiyyətdən və prezidentdən narazılıqlarını bildiriblər. Bu açıq-aydın yalan məni hiddətləndirdi və mən "Meydan TV"nin jurnalistlərinə üz tutdum ki, hətta bu kiçik yalan da böyük inamsızlıq yaradır və əsl demokratiyanı ləkələyir. Əlavə olaraq, çox yumşaq deməyə çalışaraq, onlara bildirdim ki, mənim kimilər – onlar isə doğrudan da minlərlədir – özündən müştəbeh lider Əli Kərimli barədə nə düşünürlər… Oğlunun Londonda təşkil etdiyi çirkin orgiyaları inkar edərək, bunu iqtidarın fitnəsi adlandırır. Amma faktları danmaq olmur. Bunlar onun bəyan etdiyi ideallarla uzlaşmır. Onun görməyə gözü olmadığı iqtidar sözdə deyil, əməldə ovladları özünü nalayiq aparan yüksək rütbəli məmurları cəzalandırır, özü də sərt şəkildə. Xidmətlərini və tutduqları mövqeyi nəzərə almadan cəzalandırır… Beləcə oranı "təxribatçı" ləqəbi ilə tərk etdim, əslində isə, təmiz desək, bu ayama daha çox bizim xoş güzəranımızın mayakı Əli Kərimliyə yaraşır…

Bir qədər susduqdan sonra milli neft donanmasının keçmiş kapitanı sözlərini əminliklə yekunlaşdırdı ki, belə şeyi biz heç vaxt çap etmərik.

Nəyə görə axı, bizim yalançı inqilabçıların Mayakları barədə sizin fikirlərinizi biz dərc etmək qərarına gəldik.

Əli Kərimli tribunadan çığırırdı: "Oğrulara son!" Onun oğlu isə həmin dəqiqələrdə patrisinin yatağında Qədim Roma eyş-işrətinə uymuşdu. Hər tərəfdə orgiyalar, çılpaq bədənlər, iyrəncliklər və şıltaq pullar…

Türkel Kərimli və ətrafında yalnız Qədim Roma

Qədim Romada qonaq-qaralı şam yeməyindən sonra gur orgiya başlayırdı

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>