Fələstin baş nazirinin korteji yaxınlığında partlayış

Fələstinin baş naziri Rami Həmdullahın korteji Qəzza şəhərinə daxil olarkən partlayış baş verib.

Milli.Az Sputniknews-ə istinadla xəbər verir ki, tədbir üçün Qəzzaya gedən baş nazir partlayış zamanı hər hansı bədən xəsarəti almayıb.

Polisin verdiyi məlumata görə, hadisə nəticəsində bir neçə mühafizəçi yaralanıb. Onların vəziyyəti barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, nazirlik partlayışa görə HƏMAS-ı günahlandırır.

Bəxtiyar Umarlı
Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>