Unitaz üçün “ağıllı” qapaq yaradıldı

Çinin "Xiaomi" şirkəti unitaz üçün "ağıllı" qapaq təqdim edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, cihaz "Xiaomi Tinymu Smart Toilet Seat" adlandırılıb və bir sıra faydalı funksiyalara malikdir.

"Ağıllı" qapaq bütün sutka rejimində oturacağın müəyyən temperaturunu saxlamağı bacarır. Əlavə olaraq onu şəxsi qrafikə uyğun olaraq mobil cihaz vasitəsilə uyğunlaşdırmaq da mümkündür.

Onun daha bir funksiyası "ağıllı" "Xiaomi Mi Band" qolbağının sahibləri üçün tez bir zamanda qızdırılmasıdır. Cihazda su ilə yuma funksiyası da mövcuddur ki, o da bir neçə rejimdə çalışır. İstifadəçi "ağıllı" qabaq üzərində 30 dəqiqədən çox olduğu müddətdə səsli dinamik ona bu barədə xəbərdarlıq edəcək. Vaxt müddətini də şəxsi istifadəyə uyğun olaraq uyğunlaşdırmaq mümkündür.

Modelə həmçinin su üçün keramik qızdırıcı və məlum olan 99 faiz bakteriyanı məhv etməyi bacaran xüsusi filtr də daxildir. Cihazın daxilinə havanı və digər iyləri təmizləyən funksiya da əlavə edilib. O, kömür filtrinin köməyi ilə işləyir.

Bundan başqa, lazım olan uyğun rənglənməni də seçmək mümkündür. Burada müəyyən rəng və ya parıltını da quraşdırmaq imkanları mövcuddur.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>