Qahirədə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib – FOTO

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyinin və burda fəaliyyət göstərən "Vətənpərvər" diaspora təşkilatları birliyinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.

Bu barədə Milli.Az-a Azərbaycanın Misirdəki səfirliyindən məlumat verilib.

Belə ki, Qahirədəki səfirlikdə Xocalı soyqırımı ilə əlaqədar anım mərasimi keçirilib. Tədbirdə səfirliyin əməkdaşları, Qahirədə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz iştirak ediblər. Tədbirdə çıxış edən səfir Tural Rzayev 26 il bundan əvvəl Xocalıda mülki əhaliyə erməni yaraqlıları və onların havadarları tərəfindən törədilən soyqırımdan söhbət açıb. Xocalı soyqırımı ilə əlaqədar ilk siyasi qiyməti Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev tərəfindən verildiyini bildirib. Dünyada mövcud olan ikili standartlardan söhbət açan səfir, Xocalı soyqırımını törədən qatillərin hələ də cəzasız qaldığını təəssüf hissi ilə vurğulayıb.

Tədbirdə çıxış edən Misirdəki diasporamızın rəhbəri, araşdırmaçı alim Seymur Nəsirov tədbirdə iştirak edən gənclərimizin sosial şəbəkələrdən daha fəal istifadə etmələrinə və xalqımızın taleyüklü məsələləri, o cümlədən Xocalı soyqırımı ilə əlaqədar materialları yaymağı tövsiyyə edib. Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uğurla aparılan "Xocalıya Ədalət" kompaniyasında fəal iştirak etmələrinə çağırıb. Daha sonra tədbir iştirakçıları Xocalı soyqırımı ilə əlaqədar səfirlikdə təşkil olunan fotosərgi ilə tanış olublar, sənədli filmə baxıblar.

Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan Respublika ombudsmanının, o cümlədən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun bəyanatları Misir Xarici İşlər Naziri, Parlamenti və əlaqədar təşkilatlara göndərilib.

Xocalı soyqırımı ilə əlaqədar Misirin kütləvi informasiya vasitələrində də məqalə və xəbərlər əksini tapıb.

http://www.youm7.com/story/2018/2//20/365975/

http://www.youm7.com/story/2018/2//20/3666685/

http://www.albawabhnews.com/2961015

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>