Bayram yarmarkasında QİYMƏTLƏR – VİDEO

Novruz bayramı öncəsi bölgələrdə kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirililir. Milli.Az bildirir ki, qiymətlərin bazar qiymətlərindən ucuz olması yarmarkalarda xeyli canlanma yaradıb.

Bir çox böləgələrdə təşkil olunan yarmarkaların qurulmasında məqsəd süni qiymət artımının qarşısını almaqdır. Bərdədə təşkil olunan yarmarkada ümumilikdə 15 ton kartof, 2 ton meyvə, 2 tona yaxın ət və digər zəruri mallar satışa çıxarılıb.

Yarmarkada bütün növ məhsullar bazar qiymətlərindən 20-30 % aşağı qiymətə satılıb.

Cəlilabadda da Novruz bayramı öncəsi kənd təsərrüfatı yarmarkalarının təşkilinə başlanıb.Yarmarkada 60 adda təsərrüfat məhsulları alıcılara təklif olunub.

Bazarlarda bir kisəsi 6-7 manata satılan kartof yarmarkada 5 manat 50 qəpiyə, kənd yumurtası 17-18 qəpiyə, mal əti isə 8 manata təklif olunub.Qiymətlərin münasib olması alıcıları da razı salıb.

Novruz bayramının gəlişi münasibətilə Ağsu rayonunda da kənd təsərrüfatı məhsullarının satış yarmarkasına start verilib. Əhali isə satışa çıxarılan məhsulların keyfiyyətli və ucuz olmasını razılıq edirlər.

Yarmarkaya gün ərzində satış yarmarkaya 8 ton 600 kiloqram mal və qoyun əti, 500 kiloqram balıq, 2 min 500 ədəd yumurta, 3 ton meyvə, tərəvəz, pomidor, xiyar, 1 ton qoz və fındıq olmaqla 20 adda kənd təsərrüfatı məhsulları çıxarılıb. Burada da satılan məhsullar bazar qiymətindən 25-30 faiz aşağı qiymətə olub.

Yarmarkaların aprel ayına qədər hər həftənin şənbə və bazar günlərində təşkil olunması nəzərdə tutulur. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bölgələrdə bayram yarmarkası: Ət məhsulları, çərəzlər, meyvə və tərəvəzlər

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>