Elmar Məmmədyarov: “Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının ən böyük mənəvi sərvətidir”

Xarici işlər naziri Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov Azərbaycanın müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin sülh və harmoniya şəraitində birgə yaşadığı bir məkan olduğunu bildirərək multikulturalizm və tolerantlığın Azərbaycan xalqının ən böyük mənəvi sərvəti olduğunu vurğuladı. Son illər Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə həsr edilmiş çoxsaylı qlobal tədbirlərə ev sahibliyi etdiyini söyləyən nazir Elmar Məmmədyarov bu xüsusda ölkəmizin təşəbbüsü ilə keçirilən Beynəlxalq Humanitar Forum və Mədəniyyətlərarası və Dinlərarası Dialoq Forumunun əhəmiyyətini qeyd etdi.

Tərəflər bu kimi tədbirlərə ev sahibliyi edilməsini ölkəmizin dinlərarası və sivilzasiyalararası dialoqa verdiyi töfhənin təzahürü kimi qiymətləndirdilər.

Görüşdə Azərbaycanın İsrail ilə, eləcə də Amerika Yəhudi Konqresi və digər yəhudi təşkilatları ilə əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq vurğulandı. Ölkəmizdə yəhudi icmasına göstərilən dəstək və qayğıya görə öz təşəkkürünü bildirən qonaqlar ölkəmizdəki tolerantlıq mühitini yüksək qiymətləndirdilər.

Görüşdə həmçinin, əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>