Qənirə Paşayeva İstanbulda Xocalı soyqırımı ilə bağlı tədbirdə çıxış edib – FOTO

İstanbulda İSTAD-ın Xocalı soyqırımı ilə bağlı təşkil etdiyi tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva dünyanın hər yerində yaşayan diasporumuza və diaspor təşkilatlarına çağırış edib. Milli.Az bildirir ki, o, Fransa prezidentinin qondarma erməni soyqırımı ilə bağlı heç bir tarixi əsası olmayan ədalətsiz açıqlamalarından, Hollandiya Parlamentinin qondarma erməni soyqırımını tanıyan ədalətsiz qərarından danışıb və dünyanın hər yerində yaşayan türk insanının bunlardan narahat olması gərəkdiyini bildirib, bu ədalətsizliyə hamımız harda doğulub harada yaşamasından asılı olmayaraq bütün türk kökənli insanlar öz etiraz səslərini ucaltmalıdır deyib.

Onları kəskin tənqid edən millət vəkili Qənirə Paşayeva işğalçı bir ölkəyə işğal etdiyin Azərbaycan torpaqlarını azad et deməyən o siyasətçilərin bu məsələlərdən öz maraqları üçün istifadə etdiklərini deyib. Tarixdə heç bir zaman türklər ermənilərə qarşı heç bir soyqırım törətməyiblər tam əksinə ermənilər həm Anadoluda həm də Azərbaycan torpaqlarında 20-ci əsrin əvvəlində və sonunda türk insanına qarşı soyqırımlar törədiblər deyən millət vəkili Qənirə Paşayeva Fransa prezidentinin, Hollandiya Parlamentinin də yalanları dəstəkləməsi amma gerçəkləri görmək istəməmələri insanlarımızda böyük üzüntü yaratmaqla bərabər düşüncələrdə ciddi suallara da səbəb olmalıdır deyib.

"Xocalı Soyqırımının 26-cü ildönümü tamam oldu. Amma biz qondarma erməni soyqırımı yalanlarına dəstək verənlərin Xocalı Soyqırımı ilə bağlı bir cümlə açıqlamasını belə eşitmədik? Ölənlər hansı millətdən olursa-olsun əvvəlcə insandı. Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Amma qondarma erməni qoyqırımı yalanlarını dəstəkləyənlər 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən pozulması, o insanların öz evlərinə dönməsinin vacibliyi ilə bağlı heç zaman danışmayıb. Atalarının belə görmədiyi hadisələrdən danışanlar bəs niyə hər şeyi gördükləri Xocalı üçün bir açıqlama vermirlər? Niyə Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsi, 1 milyon azərbaycanlının öz evinədönməsinə imkan verməsi üçün təzyiq etmir, çağırış səsləndirmirlər? Xocalı Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Qondarma erməni soyqırımı iddiaları ilə millətimizə qarşı nələr edildiyi ortadadır",- deyə o bildirib.

Bunlar ciddi mətləblərdən xəbər verir deyən millət vəkili Qənirə Paşayeva dünyanın hər yerində türk insanı, gəncləri gerçəkləri görməli və dünyanın hər yerində yalanlara qarşı doğruları daha çox təbliğ edərək mübarizə aparmalıdırlar deyib.

Özəlliklə Avropadakı türk diaspor təşkilatlarının bu cür açıqlamalara etiraz səsini ucaltmasının vacibliyinə toxunan millət vəkili Qənirə Paşayeva gəncləri sosial mediyada yalanlara qarşı mübarizədə aktiv olmağa və duyarlı olmağa çağırıb.

Diaspor təşkilatlarımız birlik və bərabərlik içində qondarma erməni soyqırımı yalanlarına qarşı artıq çox ciddi mübarizə aparmalıdırlar deyən millət vəkili Qənirə Paşayeva yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır vədünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar deyib.

"Biz Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik. Sizə və dünyanın hər yerində yaşayan qardaş-bacılarımıza səslənərək demək istəyirəm ki, buna nail olmayana qədər bizə rahatlıq olmamalıdır və hər birimiz öz yerimizdə bu istiqamətdə daha çox çalışmalıyıq",- deyə o vurğulayıb.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>