Azərbaycanlı rejissor əməliyyat olunub – FOTO

Milli.Az-a daxil olan məlumata görə, "Laləli saray" serialının rejissoru Şahin Qəhrəman əməliyyat olunub.

Saytımıza açıqlamasında rejissor özünü yaxşı hiss etdiyini, analizin nəticələrinin çıxmasını gözlədiyini bildirib.

"Əməliyyat olunmuşam, hər ehtimala qarşı analizlər Türkiyəyə göndərilib. Özümü yaxşı hiss edirəm. İnşallah ki, bədxassəli şiş çıxmaz. Həkim həyati təhlükə olmadığını bildirib. Bütün narahat olan dostlarıma təşəkkür edirəm", – deyə rejissor bildirib.

Qeyd edək ki, rejissora sidik kisəsində xərçəng xəstəliyinə şübhə olması diaqnozu qoyulmuşdu və buna görə də o, təcili əməliyyata alınmışdı.

Əli Rəhimoğlu
Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>