“Twitter” “bot”larla mübarizəyə başladı

"Twitter" şirkəti mikroboloqdakı qeydlərin populyarlığına süni şəkildə təsir göstərən "bot"larla mübarizəyə başladığını elan edib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin bloqunda məlumat verilib. "Bu dəyişikliklər ABŞ-dakı və bütün dünyadakı seçkilər də daxil olmaqla, "Twitter"də aparılan vacib müzakirələrə qarşı yönəlmiş bədniyyətli fəaliyyətlərlə bağlı xəbərdarlıq istiqamətində vacib addımdır", – deyə açıqlamada bildirilir.

Əsas mübarizə tədbirlərindən biri eyni məzmunlu yazıların eyni anda bir neçə səhifədə çıxmasının qadağan olunmasıdır. Bu cür yazıların eyni anda paylaşılması (retvit), like edilməsi də qadağandır.

Məhdudiyyətlər "TweetDeck" xidmətinə də aiddir.

Xatırladaq ki, ABŞ-da 2016-cı il seçkiləri ərəfəsində ictimai rəyə təsir göstərmək məqsədilə "Facebook", "Instagram" və "Twitter"də Rusiya mənşəli çoxlu sayda səhifə yaradılıb.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>