Smartfonlar üçün yeni çip yaradılıb

"Qualcomm" şirkəti Barselonada keçiriləcək "Mobile World Congress 2018" (MWC) sərgisi ərəfəsində qabaqcıl "WCN3998" simsiz rabitə çipini nümayiş etdirib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki,  şirkət çipi  smartfon və digər kompüter qurğuları, o cümlədən noutbuk, planşet və hibrid noutbuklar üçün "Wi-Fi 802.11ax" standartını dəstəkləyən ilk inteqrasiya olunmuş həll kimi qələmə verir.  
 
Məlumata görə, yeni "Wi-Fi 802.11ax" standartı "802.11ac Wave-2" standartı ilə müqayisədə simsiz şəbəkənin yüklənmiş efir şəraitində spektral effektivliyini yaxşılaşdıracaq və nəzəri buraxılış qabiliyyətini 2 dəfə artıracaq.  
 
"Wi-Fi 802.11ax" prosessorunun daha bir vacib üstünlüyü yüksək enerji effektivliyindən ibarətdir. Belə ki, enerji sərfiyyatının əvvəlki nəsil həllərlə müqayisədə 67 faiz azalacağı bildirilir.
 
"WCN3998" çipi "WPA3" simsiz şəbəkə təhlükəsizliyi protokolunu dəstəkləyəcək. Protokol məlumatların fərdiləşdirilmiş şifrləməsindən istifadə edərək açıq şəbəkə istifadəçilərini qoruyur.
 
Yeni "Qualcomm" məhsulu, həmçinin "Bluetooth 5.1" simsiz rabitəsinin dəstəklənməsini təmin edəcək.
 
"WCN3998" prosessorunun sınaq tədarüklərinə bu ilin ikinci rübündə başlamaq nəzərdə tutulur.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>