“Samsung Galaxy S9” martın 16-dan tez çıxa bilər

Xarici insayderlər yeni flaqman "Samsung Galaxy S9" smartfonunun rəsmi təqdimatı olacaq martın 16-dan əvvəl necə əldə edilməli olduğunun yollarını tapıblar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, smartfon üçün sifarişlər artıq indidən açıqdır.

Bu smartfonu sifariş edənlərə onun ilk partiyası fevralın 25-də göndəriləcək. Bundan sonra isə hər bir alıcı rəsmi saytda növbəti smartfon üçün növbəsini real vaxt müddətində izləyə biləcək.

"Samsung Galaxy S9" smartfonunu əvvəlcədən əldə etmək üçün istifadəçilər sadəcə öz İP ünvanını ABŞ ünvanına dəyişməlidir. Onlar sifariş zamanı ABŞ-ın istənilən regionunu qeyd edə bilər. Məhz ABŞ-a flaqman daha tez çatdırılacaq.

Milli.Az

Mənbə: milli.az

Pin It

Şərh yazın

Sizin e-poçt ünvanınız gizli saxlanılacaq, saytda heç kimə görsənməyəcək. Zəruri olan sahələr * ilə işarələnib

Siz bu HTML etiket və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>